General-mayor Abbasəli Novruzov dəfn edilib

Xəbərlər

17.08.2026 - 10:20

Sərhəd Qoşunlarının keçmiş komandanı Hərbi Memorial Məzarlıqda dəfn olunub

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.

AYNA.AZ xəbər verir ki, dəfndə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Abbasəli Novruzov dünən səhər saatlarında 89 yaşında vəfat edib.

Xatırladaq ki, o, 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş