Qətldə şübhəli bilinən oğlu saxlanılıb
Gəncədə qətl hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.
Sözügedən bazardakı dükanlardan birində çalışan 1962-ci il təvəllüdlü L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L.Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu, 44 yaşlı Ramin İsmayılov saxlanılıb.