Geladze Gürcüstan DTX-nin rəhbəri vəzifəsindən istefa verib

Dünya

14.09.2026 - 17:58

“Əminəm ki, DTX ən vacib vəzifələrini şərəflə yerinə yetirməyə və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək”

Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsindən istefa verib. AYNA.AZ xəbər verir ki, bu barədə Geladzenin DTX-nin saytında dərc olunmuş bəyanatında deyilir.

"Gürcüstan DTX rəhbəri vəzifəsindən istefa vermək qərarına gəldim. Siyasi komandamla məsləhətləşmələrdən sonra başqa bir qurumda xidmət etməyə davam edəcəyəm və orada ölkəmizin və cəmiyyətimizin maraqlarına tam məsuliyyətlə xidmət etməyə davam edəcəyəm. DTX rəhbəri kimi işləmək böyük bir məsuliyyət və ölkəmizə xidmət etmək üçün fürsət idi. Bu dövrdə Xidmətin hər bir əməkdaşı ilə birlikdə səylərimizi dövlətin üzləşdiyi problemlərin effektiv şəkildə həllinə, Gürcüstanın təhlükəsizliyinin gücləndirilməsinə və milli maraqların qorunmasına yönəltdik”, - deyə qeyd edib.

“DTX-nin hər bir əməkdaşına peşəkarlığına, fədakarlığına və ölkəmizin təhlükəsizliyi üçün hər gün gördükləri vacib işlərə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Siyasi komandaya, xüsusən də partiyanın fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə etimadlarına görə təşəkkür edirəm. Əminəm ki, DTX ən vacib vəzifələrini şərəflə yerinə yetirməyə və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək", - əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş