Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

Siyasət

22.10.2020 - 18:37

Dövlət başçısı işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqlayıb

 

"Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Müəllif: Ayna.az