Fransada son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Dünya

06.02.2021 - 04:27

Fransada koronavirusa yoluxanların sayı 3,29 milyon nəfəri ötüb

 

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 22 139 yoluxma halı qeydə alınıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3,29 milyon nəfəri ötüb.

 

Məlumata əsasən, ötən sutka koronavirusdan 651 nəfər ölüb, ölənlərin ümumi sayı 78 603 nəfər təşkil edir.

 

Bildirilir ki, koronavirusa qarşı vaksinasiya kampaniyası çərçivəsində 1,84 milyon nəfər Fransa vətəndaşı vaksinasiya olunub.

Müəllif: Ayna.az