Fransada istidən ölənlərin sayı artır

Dünya

28.06.2026 - 21:28

Ölüm sayı proqnozlaşdırılan səviyyəni 1000 nəfər üstələyib

Qərbi Avropada istilik dalğasının başlamasından sonra Fransada ölüm sayı proqnozlaşdırılan səviyyəni 1000 nəfər üstələyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa səhiyyə orqanı olan “Santé publique France” məlumat yayıb.

“İlkin məlumatlara əsasən, 23 iyun 2026-cı ildən bəri müşahidə edilən gündəlik ölüm nisbətində artım var. "Qırmızı" həyəcan səviyyəsi altında olan bölgələrdə, xüsusən də evdə ölənlər arasında qeydə alınan ölümlərin sayında daha nəzərəçarpacaq artım müşahidə olunub", - məlumatda vurğulanıb.

Məlumatlara görə, 24 iyun tarixində ölkədə 1200-dən çox ölüm qeydə alınıb. 25 və 26 iyun tarixlərində 1400-dən çox ölüm qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş