Finlandiya vətəndaşlığı almaq üçün şərtlər ağırlaşdırılır

Dünya

28.11.2024 - 07:16

Həkimlər Klinikalar SEO Xidməti

İşsizlərin və cinayət keçmişi olanların vətəndaşlıq əldə etməsi çətinləşdirilir

Finlandiya Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlıq əldə etmək üçün şərtləri sərtləşdirmək niyyətindədir ki, bu da işsizlərin və cinayət keçmişi olanların vətəndaşlıq əldə etməsini çətinləşdirir.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Finlandiya DİN məlumat yayıb.

“Hökumət proqramına uyğun olaraq Finlandiya vətəndaşlığını almaq üçün tələblər sərtləşdiriləcək”, - nazirlikdən qeyd edilib.

Yeni məhdudiyyətlər arasında işsizlik müavinətinin alınması və cinayətlərin törədilməsi daxildir. Həmçinin Finlandiyanın milli maraqlarına toxunan cinayət fəaliyyəti vətəndaşlığa xitam verilməsi üçün əsas sayılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş