Müdafiə Nazirliyi ictimaiyyəti bu barədə məlumatlandırmadığı üçün onun məzmunu məlum deyil
Finlandiya və İsrail səssizcə hərbi-texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Finlandiya yayımçısı “Yle” məlumat yayıb.
Məlumatda deyilir: "Məqsəd Finlandiya və İsrail arasında hərbi məhsulların tədqiqi, inkişafı və tədarükü sahələrində əməkdaşlığı təmin etməkdir. Müdafiə Nazirliyi ictimaiyyəti bu barədə məlumatlandırmadığı üçün onun məzmunu məlum deyil".
Memoranduma əsasən, Finlandiya və İsrail ildə ən azı bir dəfə görüşən birgə koordinasiya qrupu yaradıblar.
Memorandum 2013-cü ildə hazırlanıb və müddəti bitmək üzrədir. Ona görə də Finlandiya onun müddətini uzatmağı təklif edib.
Nəşr qeyd edir ki, "qeyri-adi olan odur ki, əvvəlki beş illik dövrlər əvəzinə, 2024-cü ilin əvvəlində memorandumun on il müddətinə uzadılması barədə qərar qəbul edilib".
Eyni zamanda, müdafiə naziri Antti Hakkanen memorandumu təsdiqləyib. “Yle” xəbər verir ki, İsrailin əvvəlki silah alışlarını nəzərə alsaq, o, orada təəccüblü heç nə tapmayıb.
İsrail Müdafiə Nazirliyinin sözçüsü "Jerusalem Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, "Finlandiya İsrailin NATO və Avropa bazarına açılan qapısıdır".