Təlim iki mindən çox şəxsi heyətin iştirakı ilə baş tutur
Finlandiya İkinci Dünya müharibəsinin sonundan bəri Avropanın ən böyük mülki müdafiə təlimini keçirir. Təlim iki mindən çox şəxsi heyətin iştirakı ilə baş tutur. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzet yazır: "Təlim ssenarisində Finlandiyanın mərkəzi Kuopio şəhərindəki vacib infrastruktur, o cümlədən elektrik enerjisi və su təchizatı kiberhücumlar nəticəsində sıradan çıxıb və Finlandiyanın qonşusu Rusiyadan raket zərbələri təhlükəsi də var".
Məqsəd yerli hakimiyyət orqanlarının və adi vətəndaşların "real hücum"a qarşı reaksiyalarını təcrübədən keçirməsidir.
Rusiya ilə Finlandiya arasındakı münasibətlər Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri xeyli pisləşib. 4 aprel 2023-cü ildə Finlandiya NATO-nun 31-ci üzvü olub. Həmin ilin noyabr ayında Finlandiya hakimiyyəti Rusiya ilə sərhədi mərhələli şəkildə bağlamağa qərar verib.