FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Xəbərlər

15.03.2025 - 20:03

Həkimlər Klinikalar SEO Xidməti

“Açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir”

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən AYNA.AZ-a daxil olan müraciətdə deyilir: “Son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir. Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

Həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib”.

“Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır”, - müraciətdə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş