FHN kanalda batan azyaşlı ilə bağlı məlumat yayıb

Xəbərlər

18.07.2021 - 23:19

Sabirabadda batan azyaşlının axtarışları başa çatıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 18-də günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

FHN-dən AYNA-ya bildirilib ki, məlumat qəbul edildikdən dərhal sonra nazirliyin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur.

 

Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az