Federal hakim Trampın USAID-lə bağlı qərarı bloklayıb

Dünya

09.02.2025 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Təşkilat əməkdaşlarının işdən çıxarılması və inzibati məzuniyyətə göndərilməsi müvəqqəti olaraq dayandırılıb

ABŞ-ın Kolumbiya Dairəsindəki Dairə Məhkəməsinin hakimi Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2700-ə yaxın əməkdaşını işdən çıxarmaq və inzibati məzuniyyətə göndərmək planlarını bloklayıb. Bundan əlavə, artıq məzuniyyətə göndərilmiş 500 işçi iş yerinə bərpa edilməlidir.

AYNA Amerika mediasına istinadən bildirir ki, hakim Karl Nikols bununla Prezidentin addımlarının qanunsuzluğu ilə bağlı iddia qaldıran iki həmkarlar ittifaqı təşkilatının iddiasını qəbul etmiş olub.

Hakim Trampın planlarının icrasına fevralın 14-dək fasilə verilməsi qərarını qəbul edib və növbəti dinləməni fevralın 12-nə çərşənbə gününə təyin edib.

Qərara əsasən, ABŞ administrasiyası USAID-in xaricdə işləyən əməkdaşlarını köçməyə məcbur etmək qadağandır. Bununla belə, məhkəmə həmkarlar ittifaqlarının USAID ofislərinin yenidən açılması və beynəlxalq qrantların maliyyələşdirilməsini bərpa etmək tələbini rədd edib.

Trampın özü 2019-cu ildə Karl Nikolsu hakim təyin edib. Bu barədə “The New York Times” yazıb.

Həmkarlar ittifaqlarının iddiasında qeyd edilir ki, ABŞ hökumətinin USAID-in əməliyyatlarına müdaxilə etmək hərəkətləri “təşkilat əməkdaşlarının, qrant alanların və podratçıların kritik işini qəfil dayandırmaqla qlobal humanitar böhran yaradıb” və minlərlə insan iş yerini itirib. İddiaya görə, bu “ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhlükə altına almaqdır”. Sənəddə vurğulanır ki, yalnız Konqres USAID-i ləğv edə bilər və Tramp administrasiyasının hərəkətləri “konstitusiyaya zidd və qanunsuzdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş