Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin üstü açılıb

Xəbərlər

08.08.2026 - 19:24

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Avqustun 7-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş