Siciliya adasının əsas hava limanı bağlanıb
Avropanın ən böyük vulkanı olan Etna fəallaşıb. AYNA xarici mediaya istinadən bildirir ki, Siciliya adasında vulkan püskürməsi nəticəsində yaranmış kül dumanı ilə əlaqədar adanın əsas hava limanı bağlanıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, kül dumanının hündürlüyü 10 kilometr yüksəkliyə çatır. Yaxın günlərdə vulkanın cənub-şərq hissəsində yerləşən kraterdən lava və kül püskürməkdə davam edəcək.
Əhali arasında xəsarət alan yoxdur. Təxminən 3300 metr yüksəkliyə malik vulkan bu ilin fevral ayından fəallaşmağa başlayıb.