Əsassız vəsatət verən vəkillər cərimələnəcəklər

Xəbərlər

09.07.2021 - 13:32

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisdə Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib

 

Milli Məclisin növbədənkənar sessiyasının iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, layihədə Məcəlləyə yeni - 174.5-ci maddə əlavə edilir.

 

Yeni maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

 

Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

 

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş