Bu il kilsələrdən 17 oğurluq hadisəsi törədilib ki, bunlardan yalnız 12-sinin üstü açılıb
Bu il Ermənistanda kilsələrdən oğurluqların sayı ötən illə müqayisədə iki dəfə artıb. Son iki ildə Erməni Apostol Kilsəsinin kilsələrindən oğurlanan əşyaların ümumi dəyəri 16 milyon dramdan (40.000 dollardan çox) çox olub. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"2025-ci ildə səkkiz oğurluq hadisəsi törədilib, onlardan dördünün üstü açılıb. İncil, xaç, bürünc qab və pul oğurlanıb. Cinayətlər nəticəsində ümumilikdə 366.000 dram (810 dollar) və 30.000 dollar ziyan dəyib", - deyə nazirlikdən vurğulanıb.
Bildirilib ki, bu il oğurluqların sayı ikiqat artıb. Son səkkiz ayın məlumatlarına görə, kilsələrdən 17 oğurluq hadisəsi törədilib ki, bunlardan yalnız 12-sinin üstü açılıb: "Bir kasa, xaç, təqdimat kasası, şamdan, gül vazası, buxurdan, şərab kasası, şamdanlar və pul oğurlanıb".
Cinayətlər təkcə bu il 5 milyon dramdan (13.000 dollardan çox) çox ziyana səbəb olub.