Ermənistana keçmiş Azərbaycan vətəndaşı Bakıya təhvil verilib

Xəbərlər

26.10.2026 - 14:05

Vətəndaşımız oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına verilib

Ermənistan sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Tavuş istiqamətində sərhədi keçmiş Qasımov Yaşar Əli oğlu oktyabrın 24-də Azərbaycanın müvafiq orqanlarına verilib.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Qasımov Tovuz rayonunun Qoşa kəndinin sakinidir. O, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş