Ayvazyandan sonra nazir müavini və mətbuat katibi də vəzifəsindən istefa verib
Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra nazirin müavini Qaqik Qalaçyan da istefa verib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.
Medianın mnəlumatına görə, nazir müavini istefa ərizəsini hələ mayın 27-də Ayvazyan istefa verərkən yazıb.
Bununla yanaşı, A.Naqdalyan açıqlamasında özünün də istefa ərizəsi yazdığını qeyd edib.
Qeyd edək ki, Ermənistan XİN başçısı A.Ayvazyan mayın 27-də vəzifəsindən istefa verdiyini deyib. Bu gün isə Ayvazyan nazirlik kollektivi ilə vida toplantısı keçirib.