Ermənistan atəşkəsi 30 dəfə pozub

Xəbərlər

13.05.2020 - 11:09

cedabet dərman SEO Xidməti

Düşmən snayper tüfənglərindən də istifadə edib

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş