Ərdoğan: "Misir Məkkə Sazişinə qoşula bilər"

Dünya

16.08.2026 - 18:31

“Bu ittifaq bütün dünyaya mühüm siqnal göndərir"

“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanan Məkkə Birgə Müdafiə Sazişi Misir də daxil olmaqla, digər ölkələrin də qoşulma ehtimalını təmin edir”.

AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.

Prezident müdafiə paktının əsas şərtinin iştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz halında əlaqələndirilmiş hərəkət və qarşılıqlı dəstək olduğunu deyib.

Ərdoğan vurğulayıb ki, “bu ittifaq bütün dünyaya mühüm siqnal göndərir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş