“Ərdoğan koronavirusun Türkiyəyə girməsinə imkan verməz”

Cəmiyyət

02.03.2020 - 16:00

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə yaşayan azərbaycanlılar: “Koronavirus təhlükəsi hiss etmirik

 

Koronavirus təhlükəsi dünyada və qonşularımızda sürətlə yayılmaqda davam edir. Artıq dünyada 82 mindən artıq insanın bu virusa yoluxduğu, onlardan 2 mindən çoxunun isə dünyasını dəyişdiyi bildirilir. Koronavirus Çin, İtaliya, Yaponiya, Cənubi Koreya, Fransa, ərəb ölkələri və İran başda olmaqla, 35 ölkədə “meydan sulayır”. Çindən sonra ən çox ölüm halı İran İslam Respublikasında qeydə alınıb. Belə ki, cənub qonşumuzda artıq 150-yə yaxın insan bu bəlaya yoluxub, 20 artıq iranlı həyatını itirib.

 

Artıq ölkəmizdə də koronavirusa yoluxma faktı qeydə alınıb. Rəsmi qurumlar bütün imkanlarını bu təhlükənin qarşısını almağa yönəltdiklərini bəyan edir.

 

Bəs, qardaş Türkiyədə vəziyyət nə yerdədir. Təhlükəsizlik tədbirləri alınırmı, əhali arasında təşviş varmı? Mövzuya Türkiyədə yaşayan soydaşlarımızla AYNA tutmağa çalışdıq.

 

İtsanbulda yaşayan Ümman Budaqov hər hansı bir təhlükə hiss olunmadığını deyib: “İranla sərhədin bağlandığı deyilir. Amma bu günlərdə Türkiyədə təhsil alan İran vətəndaşı İstanbula gəlib. Hətta əhali arasında belə bir maraqlı fikir var ki, Ərdoğan virusun Türkiyəyə gəlməsinə imkan verməz”.

Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş