Nazirlik hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Cəmiyyət

21.09.2019 - 03:39

İradə İbrahimova: "Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq"

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova hava ilə bağlı əhaliyə xəbərdarlıq edib. AYNA-nın məlumatına görə, o bildirib ki, sentyabrın 21-də Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək:

 

“Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq. Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində iri gövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə də vətəndaşlarımıza tövsiyə edirik ki, ağacların altında durmasınlar, maşınları saxlamasınlar.Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar. Əhalini bir daha ehtiyatlı olmağa çağırırıq”.

Müəllif: Ayna.az