Tərəflər Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək.
Bildirilir ki, prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. "Bizim hədəfimiz ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Həmçinin hərbi sənayedə addımları müzakirə edəcəyik. Çünki "Patriot"u bizə satmadılar, biz alternativi - S-400-ü tapdıq və bu məsələ bitib", - deyə daha əvvəl Ərdoğan jurnalistlərə bildirib.
Görüşdə eləcə də Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olacaq.