Əməkdar jurnalist Nurani vəfat edib

Xəbərlər

22.08.2026 - 09:56

Jurnalist ağır xəstəlikdən dünyasını dəyişib

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə sosial mediada onun həmkarları məlumat paylaşıblar.

Jurnalist ağır xəstəlikdən dünyasını dəyişib.

Tofiqəxanım Qasımova  uzun sürən onkoloji xəstəlikdən (xərçəng) müalicə aldığı xəstəxanada vəfat edib. Səhhəti kəskin pisləşdiyi üçün iyul ayında əvvəlcə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, daha sonra isə Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdü.

Birinci vitse-prezident Mehriban Əliyeva jurnalistin onkoloji xəstəliklə mübarizə dövründə onun müalicəsinə xüsusi dəstək göstərib.

1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin! 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş