Ələt-Astara magistralında qəza olub

Hadisə

01.11.2026 - 11:25

Hadisə nəticəaində 2 nəfər ölüb

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı və qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş