Əfsanəvi yapon pianoçu Bakıda konsert verəcək

Mədəniyyət

27.12.2022 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Keiko Matsuin rəngarəng caz musiqi nömrələri ilə tamaşaçıların qarşısına çıxacaq

2023-cü il yanvarın 28-də Heydər Əliyev Sarayında əfsanəvi Yapon pianoçu və bəstəkar Keiko Matsuinin konserti təşkil olunacaq.

AYNA xəbər verir ki, konsertdə pianoçu rəngarəng caz musiqi nömrələri ilə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, məşhur pianoçu Keiko Matsui 17 yaşı olarkən “Yamaha System” studiyasından təklifi alıb. Həmin ildə o, ilk dəfə film üçün kompozisiya yazıb. Bundan sonra pianoçu "Cosmos" adlı caz qrupu yaradıb və bu qrupla bərabər dörd albom buraxıb. Eyni zamanda “Oasis Awards” mükafatlandırma mərasimində K.Matsui “İlin ən yaxşı caz qadın ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.

 

Əfsanəvi yapon pianoçu Bakıda konsert verəcək
Müəllif: Ayna.az