Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – FOTOLENT

Mədəniyyət

19.10.2024 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda qədim yaşayış məskəni: sonuncu dəfə 70 il qabaq yada düşüb

Dünya əhəmiyyətli tarixi abidə olan Baba-Dərviş yaşayış məskəni Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşir. Ağstafaçayın hövzəsinə yaxın təpəliklərdə yerləşən yaşayış məskəni ümumilikdə 5 təpədən ibarət olub.

Burada ötən əsrin 50-60-cı illərində arxeoloji qazıntılar aparılıb və xeyli sayda tarixi abidə aşkarlanıb. Hazırda bu eksponatlar Milli Azərbaycan Tarixi muzeyində saxanılır.

Baba-Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə tikili üzə çıxarılıb. Xronoloji baxımından bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olaraq, Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir.

Azərbaycan ərazisində ilk daş qəbir də Baba-Dərviş yaşayış məskənində tapılıb. Burada insan skeletləri ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahının hissəsi, sümük mil və tunc iynələr tapılıb.

Aparılan tədqiqatlar göstərir ki, Baba-Dərviş sakinləri oturaq həyat sürüb və əsasən əkinçiliklə məşğul olublar. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynayıb.

Belə ki, xırdabuynuzlu heyvanlar maldarlıqda üstünlük təşkil edib. İribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunub.

Toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətindən olub. Sonralar bura yerli Dilbazilər nəslinin, eləcə də Xanlıqlar kəndinin qəbiristanlığına çevrilib.

Baba-Dərviş yaşayış məskənində əldə edilən material nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumilikdə bütün dünyanın ibtidai tarixinin öyrənilməsi üçün əvəzsiz qaynaqdır.

Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” – Gözdən-könüldən uzaqda... 3 min ildir “yaşayırlar” –
Müəllif: İlham Mustafa