Xaricilər əvvəllər tələb olunduğundan az müddət yaşayaraq vətəndaşlıq üçün müraciət edə bilərlər
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması haqqında federal qanun qüvvəyə minib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, yeni qaydalara əsasən, şəxs əvvəlki vətəndaşlığından imtina etmək məcburiyyətində deyil və ölkədə əvvəllər tələb olunduğundan az müddət yaşayaraq vətəndaşlıq statusu almaq üçün müraciət edə bilər.
İndi vətəndaşlığı olmayan və keçmiş sovet respublikalarının ərazisində yaşayan keçmiş sovet vətəndaşlarının üç il Rusiyada qalması lazım deyil. Onlar Rusiya vətəndaşlığını almazdan əvvəl qanuni gəlir mənbəyinin mövcudluğunu təsdiqləməlidirlər. Eyni hal, valideynlərindən biri Rusiyada yaşayan, vətəndaşlığı olan və ya bir rus və ya rus qadınla ailəli olub, ondan uşağı olan xaricilərə də aiddir.
Ukrayna, Belarusiya, Qazaxıstan, Moldova vətəndaşları Rusiya vətəndaşlığına müraciət edərkən etibarlı yaşayış icazəsinə malik olmalıdırlar.
Həmşinin, Rusiya universitetlərinin məzunları üçdən sonra deyil, ölkədə bir il işlədikdən sonra vətəndaşlıq statusu qazana bilərlər.