“Eçmiədzin” bloku erməniləri hakimiyyətə qarşı mübarizəyə çağırıb

Dünya

11.06.2025 - 11:42

cedabet dərman SEO Xidməti

“Biz hər kəsdən ayıq-sayıq olmağı xahiş edirik”

“Biz həmvətənlərimizi birləşməyə və müqəddəs məkanlarımıza qarşı aparılan bədxah proqramın nəticəsiz qalacağını lazımi anda təsirli addımlarla sübut etməyə çağırırıq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözlər “Eçmiədzin” blokunun bəyanatında əksini tapıb.

Bildirilib ki, bu, siyasətdən kənar mübarizəyə çağırışdır: “Biz hər kəsdən ayıq-sayıq olmağı xahiş edirik ki, lazımi anda Ana Taxtın pisliyə xidmət edən hakimiyyət tərəfindən ələ keçirilməsi və işğalının qarşısını almaq üçün aktiv addımlar ata bilək”.

“Son günlər hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı apardığı təbliğat özlüyündə son deyil. Həm daxili, həm də xarici düşmən qüvvələrin rəhbərliyi altında həyata keçirilir və ruhumuzu sarsıtmağa yönəlib. Erməni kimliyində və varlığında əvəzsiz rol oynayan kilsənin əsaslarını sarsıtmaqla nəhayət ki, erməni xalqının müqaviməti, mübarizlik ruhu, iradəsi və ləyaqəti qırıla bilər. Bu, erməni xalqının kimliyinin əsas sütununa qarşı müharibədir”, - deyə qeyd olunub.

Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyanla Erməni Apostol kilsəsi arasında qarşılıqlı ittihamlar pik həddə çatıb. Hakimiyyət kilsəni siyasi oyunlara alət olmaqda günahlandırır və dini mahiyyətini itirdiyini iddia edir. Paşinyan ölkədə yeni katalikos seçkilərinin keçirilməsi ilə bağlı çağırış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş