DYP sürücülərə müraciət edir

Xəbərlər

09.01.2020 - 10:56

cedabet dərman SEO Xidməti

Müraciət sürüşmə ilə bağlıdır

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

 

AYNA xəbər verir ki,  DYP sürüşmə ilə əlaqədar olaraq sürücülərə alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etməyi məsləhət görüb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində sürüşmə qeydə alınıb. Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş