Düşmən Daşkəsənə atəş açdı, meşə yanğını başlayıb

Hadisə

26.10.2020 - 17:03

Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb

 

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bildirib.

 

Prezidentin köməkçisi qeyd edib ki, hücum nəticəsində meşə yanğını başlayıb. Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistanın ekoloji terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb.

Müəllif: Ayna.az