Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib

Dünya

07.06.2020 - 09:16

Koronavirus qurbanlarının sayı artmaqda davam edir 

 

Dünyada yeni növ koronavirusdan ölənləri sayı 400.000 nəfəri keçib, yoluxanların sayı isə 7 milyona yaxınlaşır.

 

AYNA-nın məlumatına görə, yoluxma hadisələrinin sayı artıq 6 milyon 900 min nəfəri keçib.

 

Braziliya və Hindistanda yoluxma halları artmaqdadır. Dünyada qeydə alınan yoluxma hadisələrinin təxminən, 30 faizi və ya 2 milyonu ABŞ-ın payına düşür.

 

Yoluxmanın 15 faizdən çoxu Latın Amerikasında müşahidə edilib.

Müəllif: Ayna.az