Dünən törədilən 39 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

13.01.2021 - 16:04

Borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılıb

 

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 39 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş