Dünən 190 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

27.07.2021 - 12:19

COVID-19 pasportunun olmamasına görə 2218 nəfər şənliyə buraxılmayıb

 

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 26-da Bakı şəhərində və respublikanın digər ərazilərində 190 toy şənliyinin monitorinqini həyata keçiriblər.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. Həmçinin 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barəsində material baxılması üçün məhkəməyə göndərilib.

 

COVID-19 pasportunun olmamasına görə 2218 nəfər şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az