Ödəniş kartlarında debet kartlarının sayı 12 faiz artıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 10,4 faiz artaraq 22 milyon 798 min ədəd təşkil edib.
AYNA.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd olunub ki, ödəniş kartlarında debet kartlarının sayı 12 faiz artıb, kredit kartlarının sayı isə 3,5 faiz azalıb.