Dövlət sərhədini pozmağa cəhd edilib

Xəbərlər

16.10.2026 - 17:15

Sərhədimizi pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AYNA.AZ-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş