Dövlət qurumlarına qarşı olan xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb

Xəbərlər

25.11.2024 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

Kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub

Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilib.

Dövlət Xidmətindən AYNA-ya bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.

Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş