Onlar barəsində qanunvericiliyə uyğun tədbir görüləcək
Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA.AZ-a bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.
Şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.
Faktla bağlı araşdırma aparılır.