Diplomat: “Kiyev-Moskva danışıqlarında əsas mövzu Ukraynanın hərbi statusu olacaq”

Dünya

02.06.2025 - 11:26

cedabet dərman SEO Xidməti

Jerar Araud: “Elə bir həll variantı tapmaq lazımdır ki...”

“Kiyevin Moskva ilə danışıqlarının əsas mövzusu Ukraynanın hərbi statusu olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Araud “Le Point” üçün yazdığı məqalədə qeyd edib.

"Əsas məsələ Ukraynanın hərbi statusu olacaq. Elə bir həll variantı tapmaq lazımdır ki, bir tərəfdən Ukraynanın tərksilahı onun vassallaşmasına yol açmağa mane olsun, digər tərəfdən isə Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq tələbi qəbul edilsin", - diplomat hesab edir.

Onun fikrincə, NATO atəşkəs dövründə heç bir xarici qoşunun Ukrayna ərazisində ola bilməyəcəyi şərti ilə razılaşa bilər.

Araud həmçinin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı bəzi sanksiyalarının ləğvini “qaçılmaz” adlandırıb.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında İstanbulda danışıqların növbəti raundu gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş