Deputat: “Gündəmimiz dəyişmədi - Paşinyan istefa verməlidir"

Dünya

24.03.2021 - 19:35

Şake İsayan: ““Çiçəklənən Ermənistan”ın gündəmində heç nə dəyişməyib”

 

“Partiyamız növbədənkənar seçkilər keçirilməsinə razı olsa da, “Çiçəklənən Ermənistan”ın gündəmində heç nə dəyişməyib - Nikol Paşinyan istefa verməlidir”. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki fraksiyasının üzvü Şake İsayan deyib.

 

Deputat deyib ki, təmsil etdiyi partiya tərəfindən çətin bir qərar verilibq: “Lakin erkən seçkiləri təşkil etmək iradəsinə sahib olması üçün hökumət səlahiyyətlilərinə müdaxilə etməməyə qərar verdik”.

 

İsayan vurğulayıb ki, hakimiyyət orqanlarının güclərini çoxaltması üçün inzibati resurslardan istifadə edə biləcəyi istisna deyil: “Biz mümkün seçki saxtakarlığının qarşısını almaq üçün bütün potensialımızdan istifadə edəcəyik”.

Müəllif: Ayna.az