Dəhşətli qəzanın görüntüləri - <font color=red> VİDEO</font>

Hadisə

26.05.2020 - 11:14

Ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub

 

Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. AYNA Baku TV-ə istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda qeyd edilib ki, hadisə nəticəsində, 4 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

Müəllif: Ayna.az