Daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb

Dünya

16.09.2021 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçinin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq 

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.

Bu barədə AYNA Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Azərbaycanın Füzuli rayonu ərazisində aşkarlanıb.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 668-yə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş