COVID-19 pasportu olmayan 12 nəfər şənliyə buraxılmayıb

Xəbərlər

27.08.2021 - 09:54

Toylarda karantin rejimi qaydalarına nəzarət tədbirləri  davam etdirilir 

 

Avqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-dən AYNA-ya verilən məlumat görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

- 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az