COVID-19 barədə yeni gizlinlər üzə çıxır

Maraqlı

29.04.2020 - 12:29

Koronavirus havada asılı vəziyyətdə qala bilirmiş

 

Koronavirusun mənbəyi olan Çinin Vuhan şəhərində növbəti araşdırma aparılıb və virus barədə yeni iddia ortaya atılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Vuhan alimlərinin qənaətinə görə, koronavirus havada asılı vəziyyətdə qalırmış.

 

Hətta, bu müddətin bir saat yarıma qədər olduğu deyilir. Alimlər bunu Covid-19 xəstələrinin malicə aldığı xəstəxanada otaq havalarında apardıqları araşdırma nəticəsində iddia edirlər.

 

Yeni araşdırmanın nəticəsi, dünya üzrə 3 milyondan çox insanı yoluxduran və 218 mindən çox insanın ölümünə səbəb olan virus barədə çox məqamın gizli qaldığı ehtimalını gücləndirir. Çində virusla bağlı araşdırmaların senzura altında çap edildiyini nəzərə alsaq, bu iddianın da ciddi olduğunu düşünmək olar.

 

Son araşdırmanın nəticəsi “Nature” elmi jurnalında çap edilib. Virginia Tech Universitetinin professoru Linsey Marr son araşdırmanı qiymətləndirərkən deyib ki, virusun havada 2 saata qədər qalması səbəbindən bu qədər insanın yoluxması baş verib.

 

Qeyd edək ki, son araşdırma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün rəylərini alt-üst edir. Təşkilat əvvəllər də virusun insandan-insana keçmə ehtimalını təsdiqləmirdi. Daha sonra virusun havada asılı qalmadığını bəyan etmişdi.

Müəllif: Ayna.az