"Twitter" yeni funksiyasını işə salıb

Maraqlı

02.09.2021 - 08:24

Funksiya ötən gündən etibarən tətbiq edilməyə başlayıb

 

"Twitter" sosial şəbəkəsində yeni funksiya işə salınıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu funksiya xoşagəlməz ifadə və təhqir olan şərhləri aradan qaldıracaq.

 

Funksiya ötən gündən etibarən tətbiq edilməyə başlayıb. Yeni təhlükəsizlik rejimi arzuolunmaz söz və söz birləşmələri daxil olmaqla, təkrarlanan cavablar və ya şərhlərə görə yeddi gün ərzində hesabları blok edəcək.

Müəllif: Ayna.az