Çörək sexində antisanitariya

Xəbərlər

19.05.2021 - 15:24

Həkimlər Klinikalar SEO Xidməti

Sanitar-gigiyenik qaydalar pozulub

 

Çörək və unlu məmulatların istehsalı sexində nöqsanlar aşkar olunub. Bu barədə AYNA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

 

Agentlik əməkdaşları tərəfindən Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib.

 

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş