İtkin düşənlər arasında 260 əcnəbi var
Nepal sərhədindəki Gyirong sərhəd keçid məntəqəsində Çində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 558 nəfər itkin düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Agentliyin məlumatına görə, itkin düşən 558 nəfər arasında 260 əcnəbi var.
“Xinhua” agentliyinin məlumatına görə, Gyirong sərhəd keçid məntəqəsində baş verən torpaq sürüşməsi 26 avqust saat 10:30 radələrində sərhədin Nepal tərəfində baş verib.