Cinayətkarın məktəbin təhlükəsizlik xidmətində çalışdığı bildirilir
Çinin Şərqi Quanqxi Zuanq Muxtar Vilayətində yerləşən ibtidai məktəblərin birinə silahlı basqın olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 39 nəfər yaralanıb.
Yaralanan 37 uşağın vəziyyətinin ağır olmadığı və müalicə üçün xəstəxanaya aparıldığı açıqlanıb. Lakin xəsarət alan digər iki nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
İlkin məlumatlara görə, cinayətkarın məktəbin təhlükəsizlik xidmətində çalışdığı vurğulanıb. Polisin cinayətkarı nəzarətə götürdüyü açıqlansa da, hücumun səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, son illər ərzində Çin məktəblərində buna oxşar hadisələr tez-tez baş verir.