Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

28.04.2020 - 09:32

Virusa yoluxanlardan 3-ü xaricdən gələn şəxslərdir

 

Çində son sutka ərzində daha 6 nəfər koronavirusa yoluxub, 81 pasiyent sağalıb, ölən yoxdur. 

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, virusa yoluxanlardan 3-ü xaricdən gələn şəxslər, 3-ü isə yerli sakindir (hamısı Heyluntszyan əyalətində).

 

Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 643 nəfər həyatını itirib, 84 341 yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az