Çində güclü zəlzələ olub

Dünya

26.08.2021 - 08:36

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələnin episentri Yuymen şəhərindən 230 km cənub-qərbdə yerləşib

 

Çinin şimal-qərbində 5,8 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Honkonq Rəsədxanasının Seysmoloji Şəbəkəsi bildirib.  

 

Yeraltı təkanlar yerli vaxtla saat 07:38-də (Bakı vaxtı ilə saat 03:38-də-red.) qeydə alınıb.

 

Onların episentri Yuymen şəhərindən 230 km cənub-qərbdə yerləşib. Ocağın dərinliyi dəqiqləşdirilmir.

 

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş